Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Daşkəsən

Rayon İcra Hakimiyyətinin Başçısı Abıyev Əhəd Mikayıl oğlu 23 fevral 2011-ci il tarixdən işləyir. Rayonun ərazisi 1046,97 kv.km, əhalisi 33, 405 min nəfərdir. Rayonda 1 şəhər, 5 qəsəbə və 43 kənd vardır. Rayon ərazisində 1216 nəfər məcburi köçkün və 3546 nəfər qaçqın məskunlaşmışdır. Rayon mərkəzi ilə Bakı şəhəri arasında olan məsafə 396 km-dir.

- Ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 4,8 dəfə artaraq 56568,7 min manata, o cümlədən sənayedə 16,1 dəfə artaraq 5637,8 min manata və kənd təsərrüfatında 3,2 dəfə artaraq 26367,6 min manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyalar 137,3 dəfə artaraq 9612,0 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 134,5 dəfə artaraq 9080,3 min manat təşkil etmişdir.
- Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2006-2008-ci illərdə ayrılmış 6,9 milyon manat vəsait hesabına ümumi uzunluğu 47,4 km olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunmuş, şəhərdaxili və kanalizasiya sistemi yenidən qurulmuş, şəhərdə 630 kVA-lıq, Zəylik kəndində 400 kVA-lıq yeni transformator quraşdırılmış, şəhərdə qəza vəziyyətində olan 20 yaşayış binasında bərpa-gücləndirmə işləri aparılmış, mədəniyyət evi, şəhərin küçələri, yaşayış binalarının dam örtükləri təmir edilmiş, işıqlandırma sistemi yenidən qurulmuş və rayon Mərkəzi Xəstəxanasına 3 ədəd təcili yardım maşını alınmışdır.
- Heydər Əliyev muzeyi və park tikilmiş, Ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
- Qarabağ müharibəsi və şəhid ailələri üçün 2 ədəd 16 mənzilli, Alunitdağ qəsəbəsində qəza vəziyyətində olan binaların sakinlərinin yerləşdirilməsi üçün 16 mənzilli yaşayış binaları, rayonun idarə, müəssisə və təşkilatları üçün yeni inzibati binalar tikilmiş, istehsal gücü ildə 1 milyon ton dəmir filizi konsentratı istehsal edən «Daşkəsən Filizsaflaşdırma» ASC-nin fəaliyyəti bərpa edilmişdir.
- Rayonda 1 istirahət mərkəzi tikilmiş, 1 otel yenidən qurularaq əsaslı təmir edilmiş, 1000 tonluq müasir tipli soyuducu anbar kompleksi, ət emalı və kəsim sexi, asfalt zavodu, xalça və tikiş sexləri istifadəyə verilmişdir. 
- Daşkəsən rayonunun girəcəyində geniş, irimiqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılmış, yüksək səviyyəli «Bayraq Meydanı» yaradılmış və yeni park istirahət mərkəzi salınmışdır. Daşkəsən şəhərində "Yeni Həyat" xeyir-şər evi tikilərək istifadəyə verilmişdir.
- Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür.
Gənclərin Təlim və İstirahət Mərkəzinin və Quşçu qəsəbəsində qəza vəziyyətində olan binaların sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
- Çovdar qızıl yatağının istismarı üzrə qızıl zavodunun tikintisinə başlanılmışdır. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
-Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
- Əmirvar-Əhmədli, Muşavaq, Mollahəsənli və Quşçu kəndlərində yeni məktəb binalarının tikintisinə, Əmirvar kəndində 360 şagird yerlik məktəbin və 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
- 2006-cı ildən 2012-ci ilədək 872 şagird yerlik 8 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 360 şagird yerlik 2 orta məktəb binası və 100 şagird yerlik 6 əlavə sinif otağı tikilmişdir.
- Rayon ərazisində bir çox tikinti, yenidənqurma, təmir-bərpa işləri görülmüşdür.
- 2003-2012-ci illər ərzində 2093 daimi olmaqla yeni 4941 iş yeri açılmışdır.
- Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə»nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar işlənib hazırlanaraq aidiyyəti üzrə vaxtında təqdim edilmişdir. Bu mühüm tədbirin nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
- Alunitdağ qəsəbəsində yeni 35/6 kv-luq elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir.
- "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat vəsait ayrılmışdır.
Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılmışdır.
10 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 374s nömrəli sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi üçün 2 (iki) milyon manat ayrılmışdır.
Ayrılmış vəsait üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün hazırlıq işləri görülür.
Rayonda yeni müasir tipli avtovağzalın tikintisi üçün hazırlıq işləri görülür.
2. İctimai-siyasi vəziyyət:
- Rayonda siyasi partiyaların 5 rayon təşkilatı, 1 məscid, 4 pir, 12 ziyarətgah, 1 islam yönümlü dini icma, 14 QHT fəaliyyət göstərir. «Daşkəsən» qəzeti nəşr edilir.
3. Problemlər:
- Rayonda cəmi ev təsərrüfatlarının 35,2 %-i qaz xəttinə qoşulmuşdur. Rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi (yaşayış məntəqələrinin cəmi 8,2 %-i) qazlaşdırılmışdır. Yaşayış məntəqələrinin qazlaşdırılmaması səbəbindən istilik üçün əsasən elektrik enerjisindən və odun yanacağından istifadə olunur. Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılmasına ehtiyac vardır.
- Rayonda cəmi ev təsərrüfatlarının 30 %-i içməli su və 23 %-i kanalizasiya xəttinə qoşulmuşdur. Şəhərin fasiləsiz olaraq içməli su ilə təminatı üzrə işlənib hazırlanmış layihənin həyata keçirilməsinin sürətləndirilməsinə ehtiyac vardır.
- Hazırda Daşkəsən şəhərində yaşayış binalarının və evlərin mərkəzləşmiş istilik sistemi tamamilə sıradan çıxmışdır. Mərkəzləşmiş istilik sisteminin bərpası və yenidənqurulmasına ehtiyac vardır.
- 46 ümumtəhsil məktəbindən 28-i (60,9 %) uyğunlaşdırılmış binalarda yerləşir.Rayon ərazisində olan 46 məktəbdən 26 məktəbin (56 %-nin) yenidən tikintisinə (6 ümumtəhsil məktəbinin - 13 %) və əsaslı təmirinə ( 20 ümumtəhsil məktəbinin-43,5 %) ehtiyac vardır.
- Rayonda əhalinin və digər istehlakçıların dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə «SİP» kabel vasitəsilə 0,4 kv-luq xətlərin çəkilməsi, istismara yararsız elektrikverici xətlərin təmir olunması vacibdir.
- Rayon ərazisində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan çoxsaylı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni bina və evlərin tikintisinə, qəza vəziyyətində olan yaşayış binalarının və fərdi yaşayış evlərinin bərpasına ehtiyac vardır.
- Daşkəsən rayonun ərazisində olan Dövlət fondu yay otlaq sahələrinin 87 %-i digər rayonların istifadəsinə verilmişdir. Bu Daşkəsən rayonunun sakinlərinin ciddi narazılığına səbəb olur.
Daşkəsən rayonun ərazisində olan Dövlət fondu yay otlaq sahələrinin idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi olduqca vacibdir.
- Rayonun 35 ayrı-ayrı yaşayış məntəqələri arasında avtomobil yollarında təmir və yenidənqurma işlərinin vaxtında aparılmaması səbəbindən həmin yaşayış məntəqələri arasında əhalinin gediş-gəlişi və nəqliyyatın hərəkəti üzrə çətinliklər vardır.
Ilk növbədə 31km uzunluğunda olan 7860 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf və 25km uzunluğunda olan 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının tikintisinə ehtiyac vardır.
- Rayon ərazisində olan 46 məktəbdən 26 məktəbin (56 %-nin) yenidən tikintisinə (6 ümumtəhsil məktəbinin - 13 %) və əsaslı təmirinə ( 20 ümumtəhsil məktəbinin-43,5 %) ehtiyac vardır.
- Rayonda min nəfərdən artıq işsiz vardır. Yeni açılan iş yerləri azlıq təşkil edir.
- Vaxtı ilə 1700 nəfər işçisi olan "Daşkəsən Filizsaflaşdırma" ASC tam gücü ilə işləməməsi səbəbindən həmin müəssisədə hazırda cəmi 350 nəfər işçi çalışır. Müəssisənin tam gücü ilə işləməsinin təmin olunması olduqca vacibdir.