Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Göygöl

Rayonda 1 peşə məktəbi fəaliyyət göstərir. Burada 6 qrup üzrə 120 nəfər şagird peşə təhsili alır.

Hal-hazırda Göygöl rayon Təhsil şöbəsi üzrə 50 ümumtəhsil məktəbi, o cümlədən 39 tam, 10 ümumi orta, 1 ibtidai məktəb, 18 məktəbəqədər və 4 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəbləri üzrə 9072 şagirdin təlim-tərbiyəsi ilə 1589 müəllim, 18 məktəbəqədər tədris müəssisəsində 41 qrupa cəlb olunmuş 750 nəfər uşağın təlim-tərbiyəsi ilə 139 nəfər tərbiyəçi müəllim, 4 məktəbdənkənar tədris müəssisəsinə 132 qrupda 2488 nəfər şagirdlə 115 nəfər dərnək rəhbəri məşğul olur. 

        Fəaliyyət göstərən 50 ümumtəhsil məktəblərindən 13-ü birtipli layihə əsasında tikilmiş, digər 37 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir.

        Son illər rayonun 39 ümumtəhsil məktəblərində əsaslı təmir və tikinti işləri aparılmışdır ki, bu da 78 % təşkil edir. 

        Rayonun tam orta məktəblərini bitirmiş şagirdlərdən 76-77 % orta təhsil haqqında attestat alır, ali məktəbə qəbulun nəticəsi ilbəil artaraq 25-26 % çatdırılmışdır. 

      Rayonda 5 “Respublikanın Əməkdar müəllim” adına və 1 “İlin müəllimi” adına layiq görülmüş müəllim, 2 Prezident təqaüdçüsü var.