Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Gədəbəy

Rayonda 84 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, ondan da 55 tam orta,18 ümumi orta, 11 isə ibtidai məktəblərdir.

Eyni zamanda rayonda 8 məktəbəqədər, 3 məktəbdənkənar təhsil müəssisəsi və 1 peşə liseyi fəaliyyət göstərir. Məktəblərdə 1599 pedaqoji işçi fəaliyyət göstərir.

Ümumiyyətlə son illər ərzində rayondakı ümumtəhsil məktəblərindən 35 məktəb binası yenidən tikilmiş, 40 məktəb binasında isə əsaslı təmir işləri aparılmış, 180 şagird yerlik İsalı kənd tam orta məktəbinin tikinti işlərinə başlanmış, 180 şagird yerlik Moruxlu kənd tam orta məktəbinin isə layihə-smeta sənədlərinin hazırlanması işləri sona çatdırılmışdır. Məktəblərin maddi-texniki bazası gücləndirilmişdir.

Yeni tikilmiş ümumtəhsil məktəblərindən 200 şagird yerlik 1 saylı Slavyanka kənd və 140 şagird yerlik Sarıhəsənli kənd tam orta məktəbləri Heydər Əliyev Fondu hesabına tikilib istifadəyə verilmişdir.