Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Gədəbəy

Gədəbəy rayonunda 1 mədəniyyət mərkəzi, 27 mədəniyyət evi, 19 klub, 8 diyarşünaslıq klubu, 8 diyarşünaslıq evi, 5 sənətkarlıq evi, 14 folklor evi, 7 sənətkarlıq klubu, 4 folklor klubu, 1 mərkəzi kitabxana, 1 şəhər filialı və 64 kənd kitabxana filialı, həmçinin1 Tarix Diyarşünaslıq Muzeyi və 4 uşaq musiqi məktəbi fəaliyyət göstərir.

Rayonda 1-i Dünya, 2 Respublika, 106 isə yerli əhəmiyyətli olmaqla 109 tarixi-mədəniyyət abidəsi mövcuddur.

Rayonun coğrafi mövqeyi yay və qış turizmin inkişafı üçün çox əlverişlidir. Hazırda rayon ərazisində 5 istirahət və turizm mərkəzləri fəaliyyət göstərir. (Eldorado, Aşağı Narzan, Yuxarı Narzan,Şirxan və Göyçə istirahət və turizm mərkəzləri).

Rayonda 1964-cü ildə yaradılmış və 1981-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən «Xalq Aşığı» adı verilmiş ansambl fəaliyyət göstərir.Ansamblın rəhbəri Aşıq İsbəndiyar Rüstəmov "Prezident təqaüdçüsü", Aşıq Sayad Pənahov və İmamverdi Mustafayev "Əməkdar mədəniyyət işçisi" fəxri adları ilə təltif olunmuşlar.

Rayonda 2009-cu ildə təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş, «Aşıq musiqi məktəbi»nin tikintisi başa çatıb və artıq istifadəyə verilmişdir.

Rayonda ulu öndərin adını daşıyan 2 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.Gədəbəy şəhər mərkəzində yerləşən mərkəzi park,digəri isə Novosaratovka kəndindədir.