Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Göygöl

Rayonda 151 çarpayılıq mərkəzi rayon xəstəxanası (bura 35 cərrahiyyə, 40 terapiya, 30 pediatriya, 30 mamalıq-ginekologiya, 10 yoluxucu xəstəliklər, 6 anesteziologiya-reanimasiya çarpayıya malik şöbələr aiddir ), poliklinika və uşaq poliklinikası, qadın məsləhətxanası, 2 kənd sahə xəstəxanası (15 çarpayılıq Balçılı və 15 çarpayılıq Çaykənd), 10 kənd həkim məntəqəsi (Hacıməlik, Aşıqlı, Üçtəpə, Topalhəsənli, Şəhriyar, Yeni Zod, Çaylı, Quşqara, Qızılca, Mollacəlilli kəndi), 23 kənd tibb məntəqəsi (Sarısu, Quşçu, Qarabulaq, Toğanalı, Göyçəkənd, Köşkü, Pənahlılar, Dozular, Gəncə, Zurnabad, Kərəmli, Bəhrəmbağ, Xəqani, Cümşüdlü, Qırıxlı, Sərkarlı, Haçaqaya, Əlimədətli, Nadil, Yeni Qızılca, Yalqışlaq, Danayeri, Tülallar kənd), 1 kardirevmatoloji sanatoriya, 1 Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.

 Mərkəzi rayon xəstəxanası 2009-cu ildə yeni inşa edilmiş və müasir inventar və avadanlıqla təmin olunmuş binaya köçürülmüşdür.

                Bu tibb müəssisələrində 653 nəfər o, cümlədən 88 nəfər həkim, 1 nəfər Ali dərəcəli həkim, 1 nəfər tibb üzrə fəlsəfə doktoru çalışır. Hər 1000 nəfərə düşən həkimlərin sayı 15,4, hər 1000 nəfərə düşən orta tibb işçilərin sayı 53,2. Hər 1000 nəfərə doğum göstəricisi 17,2, hər 1000 nəfərə ölüm göstəricisi 6,2. Təbii artım 638 nəfərdir, hər 1000 nəfərə təbii artım göstəricisi 11. Əhalinin hər 10000 nəfərinə stasionar çarpayı göstəricisi 30,9-dur.