Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkir rayon MKS-inin Oxuculara xidmət şöbəsində “Saz - söz ustadı” başlığı altında ədəbi-bədii gecə keçirilib

22.10.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il fevralın-18 də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi,qüdrətli söz ustadı“Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin keçirilməsi haqqında” imzaladışı sərəncama əsasən Şəmkir rayon MKS-inin Oxuculara xidmət şöbəsində “Saz - söz ustadı” başlığı altında ədəbi-bədii gecə keçirilib.Tədbirdə Z.Həsənova Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.Tədbirdə Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi aşıq O.Hüseynov Aşıq Ələsgərin sözlərinə yazılmış mahnıları sazda ifa edib.Daha sonra oxu zalının müdiri N.Abdullayeva Aşıq Ələsgərin şeirlərindən parçalar söyləyib