Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər

27 oktyabr 2021-ci il tarixində Gədəbəy rayonu Miskinli kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Kompleksinin açılışı oldu.

27.10.2021

27 oktyabr 2021-ci il tarixində Gədəbəy rayonu Miskinli kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Kompleksinin açılışı oldu. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Hərbi qulluqçular,
Din xadimləri, rayon ağsaqqalları, Şəhid ailələri , qazilər, müharibə iştirakçıları, müəssisə rəhbərləri, kənd sakinləri, məktəblilər, mətbuat nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Şəhidlərin xatirəsin ucaldılmış Memorial Kompleksinin önünə gül çələngləri və dəstələri düzərək Şəhidləri dərin etiramla yad etdilər.Tədbirdən öncə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edənlər ötən il sentyabrın 27 də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində qazanılan qələbədən , Azərbaycan Ordusunun peşakar döyüş bacarığından, İgid, Mərd oğullarımızın keçdiyi şanlı döyüş yollarından, onların hərb tariximizdə açdığı yeni qəhrəmanlıq səifələrindən, 30 ilə yaxın
düşmən işğalında olan torpaqlarımızın azadlığa qovuşmasından, Xalq-Dövlət-Ordu birliyindən, tarix yazan Şəhidlərimizin adlarının , xatirələrinin Xalqımızın qəlbində əbədi yaşayacağından danışıblar. Sonra Şəhid valideyinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, övladlarının adının daima
uca tutulduğuna görə Ölkə Başçısına minnətdarlıqlarını bildiriblər.