Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Gədəbəy Aşıq məktəbində İfaçılıq Müsabiqəsi keçirilmişdir

01.12.2021

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Regionda musiqi təhsilinin inkişaf etdirilməsi aşıq sənətinin təbliği, şagirdlər arasında ifaçılıq vərdişlərinin aşılanması,istedadlı şagirdlərin aşkara çıxarılması onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədi ilə 30 noyabr 2021- ci ilin tarixində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi, İncəsənət və Aşıq məktəblərinin şagirdləri arasında Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Gədəbəy Aşıq məktəbində İfaçılıq Müsabiqəsi keçirilmişdir. Müsabiqə oxu, çalğı və şeir ifaçılığı üzrə münsiflər heyətinin üzvləri tərəfindən 10 bal sistemi əsasında qiymətləndirilimişdir. Müsabiqədə 35 şagird iştirak etmişdir.

Oxu ifaçılığı üzrə qaliblər:

1. Quliyev Sirac Ehtiram oğlu – Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin şagirdi

2. Nağıyev Sahil Mehriban oğlu – Gədəbəy Aşıq məktəbinin şagirdi

3. Alıyev Ruzi Vüqar oğlu - Gədəbəy Aşıq məktəbinin şagirdi

Çalğı ifaçılığı üzrə qaliblər:

1. Süleymanov Ravil Arzu oğlu - Gədəbəy Aşıq Məktəbinin şagirdi

2. Əsgərli İlkin Ramil oğlu – Gədəbəy şəhər İncəsənət məktəbinin şagirdi

3. Həsənli Emin Namiq oğlu - Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi məktəbinin şagirdi

Şeir ifaçılığı üzrə qaliblər:

1. Quliyev Məhəmməd Rəşad oğlu - Gədəbəy Aşıq məktəbinin şagirdi

2. İbrahimov Rəvan Elşad oğlu - Gədəbəy Aşıq məktəbinin şagirdi

3. Əmrahlı Əlinur Elman oğlu – Daşkəsən rayon Uşaq İncəsənət məktəbinin şagirdi

Münsiflər heyətinin üzvləri :

1.Mustafayev İmamverdi -Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin üzvü

2.Abbasov Nizami – Azərbaycan Aşıqlar Birliyinin üzvü

3.Bayramov Pərviz – Dünya Gənc Türk-Yazarlar Birliyinin İdarə heyətinin üzvü

Təşkilatçılar:

1. Orucova Tamam - Şəmkir Regional Mədəniyyət İdarəsinin Məsləhətçisi

2. Əliyev Etibar - Gədəbəy Aşıq Məktəbinin direktoru, Azərbaycan Aşıqlar və Yazıçılar Birliyinin üzvü

Müsabiqənin iştirakçıları Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşdurlar.

Bütün İştirakçıları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq !