Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöl rayon Heydər Əliyev parkında yerləşən “Yaşıl Teatr” da II Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Taekvondo(İTF) idman növü üzrə Göygöl rayon açıq birinciliyinə həsr olunmuş tədbir keçirilmişdir.

27.08.2021

27.08.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin, Göygöl rayon “İrəvan” idman klubunun və Göygöl rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev parkında yerləşən “Yaşıl Teatr” da II Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Taekvondo(İTF) idman növü üzrə Göygöl rayon açıq birinciliyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov, Beynəlxalq Taekvondo Federasiyasının Azərbaycan üzrə nümayəndəsi – Master VII Dan Qara kəmər ustası Barat Orucov, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Göygöl şöbəsinin sədri Həbib Hüseynov çıxış etdilər.

Tədbirin həyata keçirilməsində köməyini əsirgəməyən şəxslər və qazilərimiz təltif olunublar. Diplomlar Göygöl İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov tərəfindən təqdim olunub.

Daha sonra Göygöl rayon Mədəniyyət Mərkəzinin "Nərgiz" xalq kollektivinin təşkil etdiyi konsert proqramında vətənpərvərlik ruhunda olan ifalar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Hərbi vətənpərvərlik ab-havasının hakim kəsildiyi tədbirdə qonaqlarımızın zövqünü oxşayan rəngarəng musiqi nömrələri alqışlarla qarşılanıb. Yüksək şövqlə keçən konsert qazilərimizin rəqsləri və gurultulu alqışları ilə müşayiət olunub.