Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyevin anadan olması ilə əlaqədar tədbir təşkil olunmuşdur.

04.09.2021

03.09.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşəbbüsü  Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə

Azərbaycanın Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyevin anadan olması ilə əlaqədar tədbir təşkil olunmuşdur. İlk əvvəl tədbir iştirakçıları Yaşar Nurinin  həyat və yaradıcılığı haqqında söhbətlər apardı, çıxışlar etdilər. Daha sonra şairin həyatı haqqında videoçarxa baxıldı.

 

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub.

Yaşar Nuri ilk dəfə səhnəyə 11 yaşında ADMKT-də “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında isə “Yelkən” verilişinin aparıcılarından olub. İnstitut dövründə isə Yaşar Nuri “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazları yaradıb.

Səhnədə ilk rolu Aleksandr Vampilovun “Övlad” komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel , Əkrəm Əylislinin “Quşu uçan budaqlar” pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı “Sevil”də Əbdüləli bəy obrazlarını canlandırıb.

Yaşarın Nurinin kinoda ilk işi kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı oldu. Yaşar Nurinin maraqlı rollarından biri də “Əzablı Yollar” nağıl-filmindəki kiçik div obrazıdır.

“Yol Əhvalatı” filmindəki Makintoş rolu aktyor Yaşar Nurinin maraqlı və yaddaqalan obrazlarından biridir.

Sevilən aktyor Yaşar Nuri 22 noyabr 2012-ci ildə Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib