Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə Xalqın Zəfəri adlı İncəsənət sərgisi təşkil olunmuşdur

10.09.2021

Şəmkirdə Xalqın Zəfəri adlı İncəsənət sərgisi təşkil olunmuşdur

08 Sentyabr 2021-ci il tarixində Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəmkir şəhər parkında Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbənin 1 illiyinə həsr olunmuş “Xalqın Zəfəri” İncəsənət Sərgisi keçirilmişdir.

İlk öncə sərginin layihə rəhbəri Anar Əliyev sərgi haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Sonra Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra sərgi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.

Sərgidə Regional İdarənin əhatə etdiyi Şəmkir, Daşkəsən, Göygöl və Gədəbəy rayonlarından olan istedadlı gənclərinin əl işləri, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın portretləri, həmçinin müxtəlif mövzularda olan rəsm əsərləri nümayiş olunmuşdur. Bunlar içərisində 44 günlük müharibənin devizinə çevrilmiş “Dəmir Yumruq”, Şəmkir rayonundan olan şəhidlərimizin taxta üzərində yandırma üsulu ilə şəkilləri olan “Əbədiyyət” simvolu kompozisiyası, “Lələtəpə” yüksəkliyini, həmçinin 44 günlük müharibə dövrünə aid olan və başqa mövzularda olan maketlər, səhnələr yer almışdır.

Həmçinin ulu öndər Heydər Əliyevin müxtəlif əşyalardan ibarət maraqlı portreti hazırlanmışdır. Burada, Regionda ilk dəfə olaraq Milli Qəhrəmanımız General - Polad Həşimovun portreti kölgə sənəti vasitəsilə əks olunmuşdur. Əsərin müəllifi Şəmkirin yaradıcı gənci Kamran Qarayevdir.

Bundan əlavə Regionda fəaliyyət göstərən yaradıcı gənclərin və məktəblilərin vətənpərvərlik mövzusunda bəhs olumuş rəsmləri və əl işləri qonaqların diqqətini cəlb etmişdir. Eyni zamanda gənc mədəniyyət işçisi Maşallah Dünyamalıyevin ifasında ''Xalqın Zəfəri'' adlı musiqi ifası sələndirilmişdir.

Sərginin əsas rəssamı Şəmkirin yaradıcı gənci Vasif İbrahimlinin ““Əbədiyyət” simvolu kompozisiyası, böyük marağa səbəb olmuşdur.

Sərgidə şəhid və qazi ailə üzvləri, yerli qurumlar, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir. Açıq havada təşkil olunmuş sərgi 3 gün davam etmişdir.