Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarənin tabeliyində fəaliyyət göstərən İncəsənət, Aşıq və Uşaq Musiqi məktəblərinin direktorları ilə görüş keçirildi.

05.10.2021

05.10.2021- ci il tarixində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov tərəfindən Regional İdarənin tabeliyində fəaliyyət göstərən İncəsənət, Aşıq və Uşaq Musiqi məktəblərinin direktorları ilə görüş keçirildi. Görüş 5 oktyabr Beynəlxalq Müəllimlər gününə həsr olumuş təbrik sözü ilə açıldı .

Şəmkir regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov müəllimlərə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzuladı. Daha sonra Şəmkir regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov öz çıxışında təhsil prosesinin təşkili, müəllim və şagirdlərin davamiyyət səviyyəsinin yüksəldilməsi, məktəblərdə əmək intizamının və nizam- intizamın, müəllimlər arasında dərs bölgüsünün düzgün qaydada aparılmasının və dərs bölgüsü zamanı neqativ hallara yol verilməməsi tapşırılıdı.

Görüş karantin qaydalarına uyğun şəkildə təşkil olunmuşdur.