Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Məmmədov Maqsud Vüqar oğlunun anım günü münasibəti ilə məzarı ziyarət edildi.

11.10.2021

09.10.2021-ci il tarixdə Şəhid Məmmədov Maqsud Vüqar oğlunun anım günü münasibəti ilə məzarı ziyarət edildi. Şəhidimizin əziz xatirəsi yad edildi və qəbri önünə gül dəstələri qoyuldu. Anım günündə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə mədəniyyət müəssisələrinin kollektivi iştirak etdi.

Maqsud Vüqar oğlu Məmmədov 1992-ci il yanvarın 1-də  Göygöl şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Maqsud Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik nümayiş etdirmişdir.

Maqsud Vüqar oğlu Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub. 

        Şəhidimiz 2016-cı il Aprel döyüşlərində də qəhrəmancasına döyüşüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maqsud Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Subaydır.

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!

      Şəhidlərimizin ruhu qarşısında baş əyirik!