Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöldə II Vətən Müharibəsi zamanı Gəncədə törədilmiş erməni terroru qurbanlarının xatirəsi yad edilib

12.10.2021

11.10.2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyi 2020-ci ildə II Vətən Müharibəsi zamanı Gəncədə törədilmiş erməni terroru qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq düşmən raketi atılmış ərazi ziyarət olunub, əraziyə təzə tər qərənfillər düzülüb.

Ziyarətdə ŞRMİ-nin Göygöl rayonu üzrə nümayəndəsi, Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru və əməkdaşları, Göygöl rayon Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, Göygöl rayon Mərkəzi Kitabxana Sisteminin direktoru və əməkdaşları, Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru iştirak edib.

Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində baş tutdu. İlk öncə Gəncə terror qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri ŞRMİ-nin Göygöl rayonu üzrə nümayəndəsi Pərviz Hümbətov açıq elan edərək, Gəncə terroru haqqında ümumi məlumat verdi. Daha sonra Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Ayaz Qurbanov, Göygöl rayon Heydər Əliyev Mərkəzinin direktoru Araz Mehdiyev, Göygöl rayon MKS-nin Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Ülviyyə Mustafayeva və Göygöl rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Sona Mansırova çıxış etdilər. Sonda Gəncə terroru haqqında hazırlanan videoçarx nümayiş olunub.

Ötən ilin Oktyabr ayının 11-i gecə saatlarında, yerli vaxtla 02:00-da Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni növbəti dəfə Skad ballistik raketlərindən atəşə tutmuşdur.

Dünya tarixinə yazılacaq bu ən qanlı terror aksiyası bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 km aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququ kobud şəkildə pozulmasıyla bərabər düşmən ölkənin məqsədlərindən xəbər verir.

Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır. Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatmışdır. Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəymişdir. Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəymişdir.

Ermənistan hücum üçün məsuliyyəti inkar etmişdir. Hücum nəticəsində 10 nəfər həlak olmuş və 34 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.

Terror aktının qurbanlarını dərin hörmətlə yad edirik!

Allah rəhmət eləsin!