Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə terroru zamanı həlak olmuş Anar və Nurçin Əliyevlərin birinci ildönümü ilə bağlı məzarlarını ziyarət olunub

12.10.2021

12.10.21-ci il tarixində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Z.Adıgözəlov, Şəmkir rayon MKS-inin kollektivi Gəncə terroru zamanı həlak olmuş Anar və Nurçin Əliyevlərin birinci ildönümü ilə bağlı məzarlarını ziyarət etdilər. Sonra şəhidin övladları Hüseyn və Sevil Əlizadələr ilə görüşdülər.

“Onlar mənim anamla atamı şəhid etdilər ”. Bu sözləri 11 oktyabr Gəncə terroru zamanı hər iki valideynini itirən 8 yaşlı Hüseyn deyir. "Hüseynin hər sözünün əvvəli və axırı anası ilə hər hansısa bir yolla ünsiyyət qurmaqdır. Nəticədə təxəyyülündə özündən birini də Mars planetində yaradır. Marsda olan Hüseyn anası ilə birlikdədir, yerdə olan Hüseyn isə bacısı Sevilin yanındadır.

Sevilin dediklərindən: Hadisə baş verəndə Hüseyn nənəmigildə olub. Mən isə həmin gecə sonuncu dəfə valideynlərim ilə birlikdə olmuşam. Atam və anamın ölümünü hələ də qəbul edə bilmirəm.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində Hüseyn və Sevil Əlizadələr, həmçinin körpə Nilay Əliyeva hər iki valideynini itirib.

Allah rəhmət eləsin.