Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir şəhərində Vətən Müharibəsində qələbənin birinci ildönümünə həsr olunmuş “Zəfər” adlı Musiqi Festivalının I tur mərhələsi keçirilmişdir.

13.10.2021

Şəmkir şəhərində Vətən Müharibəsində qələbənin birinci ildönümünə həsr olunmuş “Zəfər” adlı Musiqi Festivalının I tur mərhələsi keçirilmişdir.
2021-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün və şanlı Qələbənin qeyd olunması, həmçinin regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və İncəsənət məktəblərinin xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə şagirdlərinin iştirakı ilə “Zəfər” adlı musiqi Festivalı keçirilir.
12 oktyabr 2021-ci il tarixində Şəmkir şəhər Heydər Əliyev Mərkəzində “Zəfər” adlı Musiqi Festivalının açılış mərasimi baş tutub. Tədbirdə Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir şəhər Uşaq Musiqi məktəbi, Daşkəsən şəhər Uşaq İncəsənət məktəbi, Gədəbəy şəhər Uşaq İncəsənət məktəbi, Gədəbəy Aşıq məktəbi, Gədəbəy rayon Slavyanka kənd Uşaq musiqi məktəbi, Gədəbəy rayon Zəhmət kənd Uşaq Musiqi məktəbi , Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbi, Göygöl rayon Xəqani kənd Uşaq Musiqi məktəblərinin şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov qeyd edib ki, “Zəfər” Musiqi Festivalı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun böyük şücaəti nəticəsində əldə olunmuş Böyük Qələbəyə həsr olunmuşdur. Festival çərçivəsində Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən ümumilikdə 23 Uşaq Musiqi və İncəsənət məktəblərinin xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə şagirdlərinin iştirakı nəzərdə tutulmuşdur. Birinci tur münsiflər heyətinin iştirakı ilə regionlar üzrə Ağdaş, İsmayıllı, Şəmkir və Sabirabad rayonlarında, ikinci tur isə Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər Habil Əliyev adına uşaq musiqi məktəbində keçiriləcəkdir.
Çıxışlar Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının Xalq Artisti Zabit Nəbizadə,
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin nəzdində tar müəllimi və Azərbaycan Milli Konservatoriyasının müəllimi Anar Niftullayevdən ibarət olan münsiflər heyəti tərəfindən 10 bal sistemi ilə qiymətləndiriləcək, yerlər və mükafatlar münsiflər heyətinin qərarı ilə müəyyən ediləcək.
Festival qaliblərinin yekun Qala konserti və mükafatlandırılması mərasiminin 2021-ci ilin noyabr ayının ilk 10 günlüyündə keçirilməsi nəzərdə tutulub.
Bütün iştirakçılara uğurlar arzu edirik !